“Səssizliyin səsi olaq!” adlı tədbir keçirilir - YENİLƏNİR - FOTOLAR

“Səssizliyin səsi olaq!” adlı tədbir keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Heydər Əliyev ili çərçivəsinə Dünya eşitmə məhdudiyyətlilər həftəsinə həsr olunmuş “Səssizliyin səsi olaq!” Adlı tədbir keçirilir. SİA xəbər verir ki, tədbirin təşkilatçıları “Modern İnkişaf və Ailə”İB sədri Zərifə Quliyeva, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım”İB sədri Cəmilə Çingizqızı, “Zirvə” İslahatlara Dəstək Mərkəzi”İB sədri Elçin Axundzadədir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılıb. Daha sonra isə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə əsas təşkilatçılardan biri olan “Modern İnkişaf və Ailə”İctimai Birliyinin rəhbəri Zərifə xanım Quliyeva açıq elan edib. Daha sonra isə “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İB-nin rəhbəri Cəmilə Çingizqızı açaraq, tədbir iştirakçılarını salamlayıb.

Qeyd edək ki, burada Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin direktoru Tariyel Əkbərov, Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimayyətlə əlaqələr departamentinin məsləhətçisi Fuad Bayramov da iştirak edir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə