Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının(ASİHİ) təsis qurultayı keçirilib. Öncə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Qurumdan SİA-ya verilən məlumata görə, gündəliyə “Aqrar Sahə İşçiləri Həmkarlarİttifaqının təsis edilməsi”, Nizamnaməsinintəsdiqi”, “Sədrin seçilməsi”, Məclis üzvlərinintəsdiqi”, “Təftiş komissiyasının seçilməsi” və digər təşkilati və cari məsələlərin daxil edildiyidiqqətə çatdırılıb.
Gündəliyə çıxarılan məsələlər ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib,qurultay iştirakçılarının səsverməsi ilə müvafiq qərarlar qəbul olunub.
Belə ki, səsçoxluğu ilə Aqrar Sahə İşçiləriHəmkarlar İttifaqı yaradılıb və Fuad Məmmədov İttifaqın sədri seçilib. Həmçinin qurumun Nizamnaməsi, Məclis və Təftiş komissiyasının üzvləri təsdiqlənib.
Eləcə də Qurultay iştirakçıları Aqrar Sahəİşçiləri Həmkarlar İttifaqının Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzvolması barədə qərar qəbul ediblər.
Tədbirdə iştirak edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev yeni təsis olunan ASİHİ-yə fəaliyyətində uğurlar arzulayıb, bir sıra tövsiyələr verib.
Bütün xəbərlər Facebook səhifəmizdə