"Şiddətdən ibarət cizgifilmlərinə baxmaq tövsiyyə olunmur" - PSİXOLOQ İZAH ETDİ
“Valideynlər adətən uşaqların ancaq xoş abu-havalı cizgifilmlərinə baxmalarına çalışırlar. Lakin hazırki cizgi filmlərində aqresiyya, şiddətin olması da bir faktdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib. 
Onun sözlərinə görə, valideynlər uşaqların aqressivləşməsini də məhz cizgi filmlərlə əlaqələndirirlər: “Burada iki məqam var. Birincisi indiki dünya xəyal etdiyimiz kimi xoşniyyət insanlardan ibarət deyil. Uşağın cizgifilmlərində gördüyü obrazların bir çoxu həyatdan götürülüb və onları görmək uşaqlar üçün bəzən yaxşı məqamdır. Lakin bu halda uşağın analiz etmək bacarığı yüksək olmalıdır. Buna isə heç bir cizgifilmi kömək edə bilməz.Yalnız valideyn və pedaqoq uşaqla birlikdə çalışmalı, onun anlamasını təmin etməlidir. Təbii ki, yalnız şiddətdən ibarət cizgifilmlərinə baxmaq da qətiyyən tövsiyyə olunmur.
İkinci məqam isə aqressiv cizgifilminə baxan iki uşaqdan birinin aqressivləşdiyi halda, digərinin daha sakit qalmasıdır. Bu isə onu göstərir ki, uşaq cizgifilminə baxmaqla, daxilindəki aqressiyanı üzə çıxarır. Cizgifilmlərinin öyrədici olmasına diqqət etmək lazımdır. Uşaqlar aqressivdirsə, burada problemi valideyn özündə və uşaq üçün yaratdığı mühitdə axtarmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB