“Bütün türk dünyasının qızı rəhmətə gedib”. SİA xəbər verir ki, bu sözləri deputat Qənirə Paşayevanın vida mərasimində Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə deyib.
Onun sözlərinə görə, Qənirə Paşayeva tək Azərbaycanın deyil, bütün türk dünyasının dəyərli və əziz xanımı idi: “Bu gün burada iştirak edən hamıya Qarabağın alınması əyan oldu. Qənirə xanım tələsdi ki, gedib şəhidlərə Qarabağın azad olunması xəbərini versin”.
Kəmalə Ağazadə sözlərinə belə davam edib: “Hamımız üçün çox böyük bir itkidir. Millətimizin başı sağ olsun. Allah ailəsinə səbr versin”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB