Paşayevanın dəfni ilə bağlı məsələlər nəzarətə götürüldü

Paşayevanın dəfni ilə bağlı məsələlər nəzarətə götürüldü

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Milli Məclisin deputatı Qənirə Paşayevanın dəfni ilə bağlı məsələlər nəzarətə götürülüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında deputatın əmisi Qəzənfər Paşayev deyib.

O bildirib ki, Qənirə Paşayevanın dəfn mərasimi sabah İkinci Fəxri xiyabanda olacaq.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə