“Xidmətlər Zərfində 3 dəfə artım olub” - ZAUR ƏLİYEV

“Xidmətlər Zərfində 3 dəfə artım olub” - ZAUR ƏLİYEV

“Hazırda 10 milyon əhalinin hər biri artıq sığorta edilib”. SİA xəbər verir ki, bu sözləri yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimində çıxışı zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

Z.Əliyev qeyd edib ki, bu islahatlara 2017-ci ildə başladıqda Xidmətlər Zərfi 1186 xidmətdən ibarət idi: “Hazırda isə bu rəqəm 3315-ə çatdırmışıq. Bu son bir neçə il ərzində Xidmətlər Zərfində 3 dəfə artım olduğunu göstərir. Bu rəqəmlər məhz xidmətlərin əhali üçün əlçatanlığını təmin etməkdən ibarətdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə