Yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimi keçirilir - YENİLƏNİR

Yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimi keçirilir - YENİLƏNİR

Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimi keçirilir. SİA xəbər verir ki, tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevlə yanaşı, səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı iştirak edirlər.

Tədbirdən sonra isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ekspertlərinin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə