Həddindən artıq yemə alışqanlığı nədən qaynaqlanır? - PSİXOLOQ AÇIQLADI

Həddindən artıq yemə alışqanlığı nədən qaynaqlanır? - PSİXOLOQ AÇIQLADI

"Qidalanma bizə həyatda qalmağa imkan verən əsas ehtiyaclardan biridir. Yaşadığımız coğrafiyaya və şəraitə görə dəyişsə də, həyatda qalmağımızı təmin etmək üçün hər zaman kifayət qədər qida qəbul etmədiyimiz vacibdir".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.

Onun sözlərinə görə, fiziki aclığı təmin etməkdən yanaşı, bəzən insanlar özünü qiymətləndirmək üçün stressli olduğunu hiss etməmək, kədəri azaltmaq və onları narahat edən mövzulardan müvəqqəti uzaqlaşmaq üçün həddindən artıq çox qidalanırlar: "Bəzən ziyadə qidalanma insanın şüuraltı problemlərindən xəbər verir. Belə qidalanma davranışından sonra insanlarda özünü günahlandırma, təəssüflənmə, utanma hissi və növbəti gün tamamilə ac qalma davranışına tez-tez rast gəlinir. Bu tip qidalanma və ya tıxanırcasına yemək, kontrolsuz qida qəbulu və artıq çəki almaqla nəticələnən vəziyyətdir. Bu tip insanlar tez-tez və çox miqdarda müxtəlif qidalar qəbul edirlər".

Psixoloq sözlərinə belə davam edib: "Pasientlərin qidalanma pozuntusundan əziyyət çəkdiyini müəyyən etmək bəzən çətin olur. Çünki insanlar bu durumdan utanc hissi yaşayır. Bu tip insanlar öncə həkimə müraciət etməlidir. Əgər fiziki narahatlıq yoxdursa, müalicəyə psixiatr və psixoloqla davam etməlidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə