27 Sentyabr - Anım Günündə şəhidlərin xatirəsi İmişlidə də böyük izdihamla yad olunub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, İmişli Rayon İcra Hakimiyyətinin və YAP İmişli rayon təşkilatınln rəhbərliyi başda olmaqla, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, rayon ziyalıları Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərin məzarı üzərinə gül dəstələri düzülüb, xatirələri dərin ehtiramla anılıb. Daha sonra Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bildiriblər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətənimiz uğrunda qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhid əsgər və zabitlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq sentyabrın 27-si Anım Günü kimi Azərbaycanın bütün ərazi bölgələrində, şəhər və rayonlarında, o cümlədən İmişlidə da qeyd edilir. Vurğulanıb ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu sədləri darmadağın edərək, böyük tarixi Qələbəyə nail oldu.
Anım tədbirində, həmçinin Qarabağda yerləşən qanunsuz erməni silahlı qüvvələrinə qarşı keçirilmiş lokal xarakteri antiterror tədbirlərindən də danışılıb. Ordumuzun əldə etdiyi bu uğur yüksək qiymətləndirilib.
Sonra ədəbi-bədii kompazisiya nümayiş etdirilib, saat 12:00-da bir dəqiqəlik sükut olub.
xatirəsi hər zaman hörmət və ehtiramla anılır
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB