“Ətrafdakı insanların neqativ enerjisi bizdə gərginlik yaradır” - PSİXOLOQ İZAH ETDİ

“İnsanın gün ərzində gərgin olmasının müxtəlif səbəbləri var. Düzgün planlaşdırılmamış iş rejimi, ətrafdakı insanların neqativ enerjisi, özgüvən əksikliyi və bir gün öncədən yaşanılan stress də səbəb sırasında yer alır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, gərginlik stress deməkdir: "Son dövrlərdə isə insanların daim qaça-qaçda olması stressin yaranması üçün ən böyük səbəblərdən biridir. Bu baxımdan da ətrafımızda daha az stresli insanlarla kontaktda olmaq da bizim stressimizin azalmasına kömək edər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə