Restoranlarda xidməthaqqı olması düzgündür? - HÜQUQŞÜNAS AÇIQLADI

"Əslində, restoranlarda xidməthaqqı istənilməsi qanunvericiliklə doğru deyil". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Şamil Paşayev deyib.

Onun sözlərinə görə, bu addım həm də insanları aldatmağa yönəlikdir: "Məsələn, bir restoran elan verir ki, səhər yeməyi 20 AZN-dır. Amma hesabı istədikdə səndən 25 AZN istəyirlər. Yəni, müəyyən faiz xidmət haqqı tuturlar. Bu ilk olaraq menyuda, yaxud elanda xüsusilə qeyd olunmalıdır".

Şamil Paşayev sözlərinə belə davam edib: "Qanunvericilikdə bir məqam göstərilir ki, ictimai iaşə obyektləri, restoranlar və s. bu tip məkanlar təqdim etdikləri yeməyə görə vətəndaşlardan əlavə pul alması absurddur.

Onu da qeyd edim ki, guya restoranlar bu xidmət haqqını işçilər arasında bölürlər. Amma əksər sahibkarlar heç bunu etmir. Bu onların vergidən yayınmaqlarına yardımçı olur. Bu həm də sifarişdə "çayvoy" alan ofisantların da haqqına girmək deməkdir. Çünki xidmət haqqına görə müştəri "çayvoy" qoymaq istəmir. Belə olan halda restoranlarda xidməthaqqı alınması qanunsuz və əsassızdır. Qanunvericiliyimiz də bunu birmənalı olaraq bildirir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə