“VPN" proqramının bir sıra təhlükələri var - DİQQƏT! - MÜTƏXƏSSİS DANIŞDI

“VPN" proqramının bir sıra təhlükələri var. Bu xidmətdən istifadə edən zaman məlumatların ötürülməsinin son nöqtəsi məlum olmur”. Bu sözləri SİA-ya açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov deyib.

Onun sözlərinə görə, münaqişə olan bir dövlətdə də "VPN"dən istifadə edən şəxslər gizli yollarla qarşı tərəfə məlumat ötürə bilər: “Bu baxımdan "VPN" əslində olduqca təhlükəli xidmətdir.

Bəzi ölkələrdə "VPN"dən istifadə qanunla qadağa edilib və istifadə edənlər cəzalandırılır. Göründüyü kimi "VPN"dən istifadə o qədər də məqsədəuyğun deyil”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə