“20-30 il öncə də Dənizkənarı Parkda müəyyən hissələrdə dənizdən pis qoxu gəlirdi. Buna səbəb kanalizasiya sisteminin yaxşı vəziyyətdə olmaması və təmizləyici qurğulardan istifadə edilməməsi idi”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.
Onun sözlərinə görə, hazırda da bu problem var: “Bu pis qoxu adətən həmin ətrafda fəaliyyət göstərən müəssisələrdən dənizə axıdılan çirkab sular nəticəsində yaranır. Əslində hazırda təmizləyici qurğular mövcuddur. Amma ətrafa pis qoxu yayılırsa, bu müəyyən problemin göstəricisidir. Bu istiqamətdə işlərin görülməsi üçün Ekologiya Nazirliyinə müraciət edilməlidir. Yalnız bundan sonra onların mütəxəssisləri tərəfindən məsələ araşdırılaraq, həllini tapa bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə