“Azərbaycan öz inkişafının ən yüksək dövrünü yaşayacaq” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Yol infrastrukturu kökündən dəyişdirilir, yeni layihələr hazırlanır. Bu gün Azərbaycanın rayon daxili yollarından paytaxt yollarına qədər hər bir problemli hissəsində əsaslı təmir və bərpa işləri aparılır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. Onun sözlərinə görə, cənab Prezidentin Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhəddində yerləşən 20 km-lik yol tikintisinə 11 milyon manat maliyyə ayırması ilə bağlı sərəncam da inkişafın davamı olaraq xarakterizə edilməlidir: “Biz qələbəmizi yenidən yaşayırıq, qarşı tərəf təslim olduğunu bildirdi. Bu çox ciddi məsələdir, artıq yollarımız Qarabağa, bütün işğaldan azad edilmiş ərazilərimizə çəkilir. Bu istiqamətdə Azərbaycanın təkcə yol infrastrukturu deyil, bütün sahələri sürətlə inkişaf edəcək. Azərbaycan öz inkişafının ən yüksək dövrünü yaşayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə