"Bu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170-ci maddəsi ilə tənzimlənir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Şamil Paşayev deyib.
Onun sözlərinə görə, həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin təsirini öz sahəsinə qadağan edə bilməz. Belə hallar ciddi narahatlıq deyilsə və yaxud müvəqqəti xarakter daşıyırsa, qonşunun təsirinə dözmək vəzifəsi var: "İnzibati xətalar məcəlləsində göstərilir ki, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən səhər saat 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görəfiziki şəxslər 150 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 2 min manatdan 2500 manatadək məbləğdə cərimə edilir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə