"Nikahdankənar evliliklərin bir çox sosial fəsadları var" - SOSİOLOQ DANIŞDI
“Nikahdankənar uşaqların dünyaya gəlməsi bugünkü gündə çox ciddi bir sosial problemə çevrilib. Bunun bir çox sosial fəsadları var. Belə hallar daha çox kənd yerlərində olur. Əvvəllər kənd yerlərində hamı bir-birini tanıyır, güvənirdi deyə nikaha girmədən el adəti ilə ailə qururdular". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
Onun sözlərinə görə, bunun isə çoxlu fəsadları ortaya çıxır: "Birincisi, ailə quran şəxslər nikaha girmədikləri üçün cütlüklər icbari tibbi müayinədən yayınmış olurdular. Çünki müayinəyə getdikləri təqdirdə xəstəliklər aşkarlana və bu zaman nikah aktı təxirə salına bilər. Bu hallardan yayınmaq üçün bəzən nikahdankənar ailə qururlar".
Sosioloq sözlərinə davam edərək bildirib ki, icbari tibbi müayinə xəstəliklərin aşkar edilməsi, gələcək uşaqlara keçməməsi üçün çox önəmlidir: "Boşanmalar zamanı da bu istiqamətdə müəyyən problemlər yaranır.
Rəsmi nikah münasibətlərinə girmədikdə yaranmış fəsadlarla bağlı maarifləndirici tədbirlər keçirilməlidir. Nikah müqaviləsinin əhəmiyyəti camaata çatdırılmalıdır".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB