“VPN yükləyərək məhdudiyyətləri aşmağa çalışırlar” - MÜTƏXƏSSİS DANIŞDI
“Məlumdur ki, lokal xarakterli antiterror əməliyatları ilə əlaqədar dezinformasiyalar, düşmənə koordinat və bu kimi məlumatlar yayılmasının qarşısını almaq məqsədi ilə sosial media platformalarına müəyyən məhdudiyyətlər tədbiq olunub”. Bu sözləri SİA-ya açıqlamasında SMM Manager (Sosial Media Marketing Mütəxəssisi) Murad Yazimov deyib.

Onun sözlərinə görə, həmçinin bu kimi hallarda üz tutulan VPN-lər yüklənməsin deyə “App store” və “Play Store” Trafiki də dayandırılıb: “Lakin bəzi insanlar israrla fərqli-fərqli mənbələrdən VPN-lər yükləməklə bu məhdudiyyətləri aşmağa çalışır. Onlar istəmədən də olsa, həm ordumuzu, həm koordinat təyin ediləcək paylaşımlarla xalqımızı təhlükəyə ataraq düşmənə kömək edirlər”.
Murad Yazimov sözlərinə belə davam edib: “Bununla yanaşı, dezinformasiyalar yayaraq insanları yanlış yönləndirəcək paylaşımlar da olunur. Paylaşılan hər məlumatı düşmənin gördüyünü unutmayaq. İstəmədən də olsa, düşmənə sirr verməyək.
Bununla yanaşı VPN istifafəsi zamanı IP və DNS sızıntıları çıxa bilir və sizin cihazınız açıq hədəf halına gələ bilər. Cihazındakı məlumatlar oğurlana və ya siz istəmədən istənilən əməliyatlar həyata keçirilə bilər. Buna görə də VPN-lərlə ordumuzu, xalqımızı və özünüzü də təhlükəyə atacaq addımlar atmayın”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB