“Sağlam ruhda övlad böyütmək istəyirsinizsə,…” - PSİXOLOQ İZAH ETDİ
“Belə bir deyim var ki, “Bir övladın üç valideyni var. Ata, ana və ata ilə ananın münasibəti”. Övladdan hər şeyi alsanız da uğurlu valideyn və sevgi dolu ata-ana münasibətini saxlasanız
ondan heç nə əksilməz”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, övlada hər şey versəniz, amma anasını, yaxud atasını sevməyən qarşı tərəf olarsa, bu ona ən ağır travmadır: “Bütün övladının yanında mübahisə edən valideynlərə demək istəyirəm ki, ən ağır mübahisənizi yadınıza salın. Mütləq ki bu övladınızın yanında olub. Özümüzdən asılı olmadan övlada şüuraltı olaraq problemimizi bildiririk. Bu gün əgər sağlam ruhda övlad böyütmək istəyirsinizsə, onların yanında mübahisə etməyin”.
Psixoloq sözlərinə belə davam edib: “Əgər bir ata ilə ana övladlarının yanında ciddi mübahisə edərsə, problemli münasibət yaşayarlarsa, uşaqda travma yaranar, evlilik qorxusu olar və bağlı olmamaq xüsusiyyəti yaranar. Bu zaman da o soyuqqanlı birisi olar. Bu travmatik şəxsləri yaratmaq istəmirsinizsə, övladlarınızın yanında mübahisə etməyin”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB