İcazəsiz başqalarını çəkənlər necə cəzalandırılır? - AÇIQLANDI
“Hər bir şəxsin foto və video çəkilişi həmin şəxsin konstitusion hüququ olan şəxsi toxunulmazlıq hüququnu pozmadan aparıla bilər. Şəxsi toxunulmazlıq hüququnu pozmayan hallara qanunla müəyyən edilmiş hallar, şəxsin razılığı olduğu və ya şəxsin xəbəri olduğu və çəkilişə etiraz etmədiyi hallar aid ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə, onlayn resurslarda və digər yerlərdə şəxsi məlumatların yayılması hüquqi məsuliyyət yaradır: “Azərbaycan Respublikası Konstitusiyanın 32-ci maddəsi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata toxunulmazlıq hüququnu təsbit edir. Belə ki, 156-cı maddənin 1-ci bəndində qeyd edilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi qanunsuz toplanılması 100 manatdan 500 manatadək miqdarda cərimə, 240 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.
156-cı maddənin 2-ci bəndinə görə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapıb. Belə ki, (1953-cü il 3 sentyabr tarixli) Konvensiyanın 8.1-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Eyni zamanda, konvensiyanın 13-cü maddəsində Konvensiyada təsbit olunub hüquq və azadlıqları pozulan hər kəsin, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malik olması qeyd olunub”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB