Göy öskürəyin qarşısını alan qidalar BƏLLİ OLDU - MÜTƏXƏSSİS DANIŞDI
“Göy öskürəyə xüsusilə körpə yaşlarda rast gəlinir. Bu əsasən tənəffüs yollarının və bronxların iltihabı xəstəliyidir. Adətən öskürək və boğulma ilə müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, düzgün şəkildə müalicə olunduqda 7-14 gün ərzində xəstəlikdən yaxa qurtarmaq mümkündür: “Bəzən 3 aydan sonrakı müddətdə uşaqlarda bu xəstəliyə rast gəlinir. Bu zaman ana südü və həkimlə məsləhətləşərək antibiotik tərkibli dərmanlarla müalicəsi mümkündür. Ancaq böyüklərdə qidalarla, xüsusilə də zəncəfilli dəmləmələrlə müalicə etmək məqsədəuyğundur. Sarıköklü yeməklər və sarıkök dəmləməsi də bu xəstəliyin müalicəsində öz müsbət nəticəsini verir.
Eyni zamanda iltihabın bədəndən daha tez xaric olmasına kömək edən qidalar sırasında bulyonlar var. Xüsusilə də iri baş heyvanların bulyonları xeyirlidir. Lakin bulyonu içərisinə heç bir ədviyyat əlavə etmədən qəbul etmək lazımdır. Eyni zamanda probiotik tərkibli qidalar da olduqca vacibdir. Bura çuğundur, kök, kələm və ev üsulu hazırlanmış turşular daxildir. Ev üsulu hazırlanmış qatıq da xəstəliyin müalicəsində mühüm rol oynayır. Bundan əlavə maye qəbuluna da diqqət edilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə