“Yuxu pozğunluğunun müxtəlif səbəbləri ola bilər" - PSİXOLOQ İZAH ETDİ

“Yuxu pozğunluğunun müxtəlif səbəbləri ola bilər" - PSİXOLOQ İZAH ETDİ

“Yuxu pozğunluğunun müxtəlif səbəbləri ola bilər. Bu səbəblər sırasında təbii ki, gərginlik, stress, psixoloji problemlər də mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, depressiyada olan şəxslər ya gün boyu yatır, ya da yuxu problemi yaşayırlar: “Emosional yorğunluq yaşayan insanlar yatmağı məşğuliyyətləri halına gətirirlər. Bədən tələb etmədiyi halda yatmaq isə təbii olaraq orqanizmə və insan psixikasına çox zərərlidir. Çünki yuxu tələbatı hər insanda müxtəlifdir və o ödəndikdən sonra yatmağın heç bir faydası yoxdur.

Bəzən psixoloji problemi olduğu üçün çox yatan və ya yuxu problemi yaşayan şəxslərə yuxu dərmanları tövsiyyə edilir. Əslində isə bu zaman psixoloji durum düzəldilməlidir. Qısaca məsələni kökündən həll etmək üçün yuxu dərmanlarından istifadə etməkdənsə, psixoloji problemləri aradan qaldırmaq lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə