Milli Məclisdə ailə dəyərləri mövzusunda dinləmə təşkil olunacaq

Milli Məclisdə ailə dəyərləri mövzusunda dinləmə təşkil olunacaq

Qanunvericilik aspektində ailə dəyərləri mövzusunda dinləmə keçiriləcək.

SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü ilin payız sessiyası üçün İş Planına “Qanunvericilik aspektində ailə sağlamlığı və dəyərləri” mövzusunda dinləmə daxil edilib.

Eyni zamanda İş Planında “Autizmin tibbi-sosial aspektləri və sosial-müdafiə tədbirləri” ilə bağlı dinləmə keçirilməsi də nəzərdə tutulub.

İş Planının layihəsi komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə