Qanunsuz tikililəri necə sənədləşdirmək olar? - HÜQUQŞÜNAS AÇIQLADI

Qanunsuz tikililəri necə sənədləşdirmək olar? - HÜQUQŞÜNAS AÇIQLADI

"Köhnə binalarda edilən artırma sahələrini özəlləşdirmək mümkün deyil. Ümumiyyətlə, binalarda balkonların artırılması qeyri-qanunidir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Vüqar Tumasov deyib.

Onun sözlərinə görə, binaların ətrafındakı ərazilər vətəndaşların ümumi istifadəsi üçün nəzərdə tutulub: "Məsələn, bina sakinləri həmin ərazidə idman və ya əyləncə üçün qurğular yerləşdirə bilərlər. Hansısa bir sakin həmin ərazidə əlavə artırma tikir. Bu artırmaların gələcəkdə sənədləşdirilməsindən söhbət gedə bilməz. Hər bir halda heç bir qayda gözlənilmədən həyata keçirilən tikinti özbaşına tikili sayılır. Özbaşına tikilinin sənədləşdirilməsi isə qanunvericilikdə mövcud deyil".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə