İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransda bəyanat qəbul edilib

“İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda bəyanat qəbul edilib.

SİA xəbər verir ki, konfrans Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilib.

Konfransda xarici ölkələrin sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatları, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələri, beynəlxalq siyasi ekspertləri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə