Azərbaycanda koronavirusun "Eris" variantı yayılıb? - DİQQƏT! - İNFEKSİONİST AÇIQLADI

Azərbaycanda koronavirusun "Eris" variantı yayılıb? - DİQQƏT! - İNFEKSİONİST AÇIQLADI

“Hazırda qonşu ölkələrdə COVID-19-un yeni variantı aşkarlanıb. COVID-19-un yeni ştammi, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar. Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir”. Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperi, infeksionist Vasif Əliyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayılması barədə rəsmi məlumat yoxdur: “Vətəndaşlarımıza bildirmək istərdim ki, bütün respirator infeksiyalardan qorunma tədbirləri eynidir. Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir. Bura sosial məsafənin gözlənilməsi, xəstə insanın ev şəraitində izlənilməsi, əl təmizliyi kimi qaydalar və.s. aiddir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə