Geomaqnit qasırğası daha da güclənəcək

Geomaqnit qasırğası daha da güclənəcək

Bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası başlayıb.

Şamaxı Astrofizika Rəsədxanasından SİA-ya verilən məlumata görə, geomaqnit sahəsinin 16 sentyabrda baş vermiş TKA-nın təsiri ilə 19 sentyabrda G3 (güclü) səviyyəsinə kimi yüksəlməsi ehtimalı var.

Geomaqnit sahəsinin 20 sentyabrda sakitləşəcəyi gözlənilir. 23 sentyabrda yenidən G1 (zəif) səviyyəli geomaqnit qasırğası ehtimalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə