“Xınalıq kəndi və Köç yolu” UNESCO-nun İrs Siyahısına salınıb

“Xınalıq kəndi və Köç yolu” UNESCO-nun İrs Siyahısına salınıb

“Xınalıq kəndi və Köç yolu” UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb.

SİA xəbər verir ki, bu barədə UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında qərar verilib.

Xatırladaq ki, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya qoruğu ölkə prezidentinin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə yaradılıb. Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqda mədəniyyət və turizm əhəmiyyətli tarixi, memarlıq, arxeoloji, etnoqrafik, numizmatik və digər abidələr yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə