Sel Astarada 2 avtomobil körpüsünə ziyan vurub

Sel Astarada 2 avtomobil körpüsünə ziyan vurub

Yağan güclü yağış nəticəsində yaranan sel suları Astara rayonu ərazisində 2 avtomobil körpüsünə ziyan vurub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) SİA-ya verilən məlumata görə, 8 metr uzunluğa malik körpülərdən biri Pensər-Toradi avtomobil yolunun 1-ci km-də, Pensər çayı üzərində, digəri 24 metr uzunluğa malik körpü isə Siyəkü-Şəmətük avtomobil yolunun 1-ci km-də, Siyəki çayı üzərində yerləşir.

Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə AAYDA-ın xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Hazırda sözügedən istiqamətlərdə hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunması və yol qurğularının bərpası istiqamətində işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə