Yağan güclü yağış nəticəsində yaranan sel suları Lerik, Astara, Zaqatala və Balakən rayonlarında yol infrastrukturuna və yol qurğularına ziyan vurub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) SİA-ya verilən məlumata görə, taranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə AAYDA-ın xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Hazırda yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur, yolların və yol qurğularının bərpası istiqamətində aparılan işlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB