Naxçıvanda avqust ayı üzrə vergi daxilolmaları 60 faiz artıb

Naxçıvanda avqust ayı üzrə vergi daxilolmaları 60 faiz artıb

Naxçıvan Muxtar Respublikasında (MR) vergi daxilolmalarında müsbət dinamika davam edir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Dövlət Vergi Xidmətindən bildirilib ki, 2023-cü ilin 8 ayında muxtar respublikanın Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə büdcəyə 106,8 milyon manatdan çox vergi daxil olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 41 faiz və ya 31 milyon manat çoxdur.

Qeyd olunub ki, Naxçıvan MR DVX-də qeydiyyatda olan vergiödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz və ya 35 milyon manat artıb.

Cari ilin avqust ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 60 faiz və ya 6 milyon manat artım qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə