Yeniyetmələr qidalanmalarında nələrə diqqət etməlidir? - MÜTƏXƏSSİS AÇIQLADI

Yeniyetmələr qidalanmalarında nələrə diqqət etməlidir? - MÜTƏXƏSSİS AÇIQLADI

“Şagird və tələbələr mütləq şəkildə gün ərzində vitamin və minerallarla zəngin olan çərəzlərdən istifadə etməlidirlər. Xüsusilə də, qoz, fındıq və badam daha faydalıdır. Əgər bunlar qabıqlı şəkildə alınıb sındırıldıqdan sonra qəbul edilərsə, daha faydalı olar. Çünki hazır ləpələrin bir çoxuna xarab olmaması üçün dərmanlar vurulur. Bu isə yeniyetmələrin sağlamlığına mənfi təsir göstərə bilər”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, səhər yeməyi çox önəmlidir: “Səhər yeməyində yumurta, pendir, əncir qurusu, ərik və xurma kimi qidaların qəbulu yaddaşın güclənməsinə və gün boyu gümrah olmağa səbəb olacaq.

Gün ərzində maye qəbulu da olduqca önəmlidir. Hər kq bədən çəkisinə görə 30 ml su qəbulu vacibdir. Birmənalı şəkildə yeniyetmələrə qazlı içkilərdən uzaq durmaları tövsiyə edilir.

Yeniyetmələr üçün ət qəbulu da olduqca önəmlidir. Proteinlə zəngin ət onların həm inkişaf etməsinə, həm də sağlam böyüməsinə kömək edəcək. Xüsusilə, evdə bişirilmiş qidalara üstünlük verilməli və gün ərzində mövsüm meyvələrindən 3-nün qəbulunu təmin etmək lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə