“Etiket qaydalarının sistemləşdirilməsinə ehtiyac var” - SOSİOLOQ DANIŞDI
“İctimai nəqliyyat ilk baxışdan sadə görünsə də müzakirəsi olduqca vacib məsələlərdəndir. İctimai nəqliyyatda etiket qaydalarına düzgün əməl olunduqda bu həm ölkə əhalisinin rahatlığına səbəb olur, həm də ölkəyə gələn turistlərdə xoş təəsürat yaradır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
Onun sözlərinə görə, ictimai nəqliyyatda insanlara biri-birlərilə mədəni davranmalı, qışqıraraq danışmamalıdırlar: “Təhsil sistemində də bu cür etiket qaydalarının öyrədilməsinə xüsusi əhəmiyyət verilməlidir. Azərbaycan hər zaman yaşlılara, xanım və uşaqlara göstərilən xüsusi hörmət və diqqət ilə digər ölkələrdən seçilib. Etiket qaydalarının sistemləşdirilməsi və daha aydın olması üçün bir sıra işlərin görülməsinə ehtiyac var. İctiami nəqliyyatlarda davranış qaydaları ilə bağlı kiçik posterlərin olması arzuolunandır. Bu həm ölkə əhalisi, həm də turistlər üçün daha rahat şərait yaratmağa imkan verər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB