“Telekanallardakı verlişlərin keyfiyyətinə ciddi fikir verilməlidir” - BAŞ REDAKTOR DANIŞDI
“Televiziyalarla bağlı vəziyyəti tənzimləyən qanun və müvafiq dövlət orqanı mövcuddur. Bir neçə il öncə telekanallarla bağlı ortaya çıxan problemləri daha normal proseslər kimi qəbul etmək olardı. Amma bu gün telekanallara nəzarət edən orqan təkmil şəkildə işini həyata keçirdiyindən, ortaya çıxan problemlərin həll edilməsinə də ciddi ehtiyac duyulur”. Bu sözləri SİA-ya açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə telekanalların tamaşaçı auditoriyası baxımından probleminin olması həqiqətdir. Əlbəttə bu bütün telekanallara şamil olunmasa da, təəssüf ki, bir çoxunun şou proqramlara ifrat dərəcədə meyillənməsi, nəyin bahasına olur, olsun tamaşaçı cəlb etməyə çalışması, həm tamaşaçı zövqünün pozulmasına, həm də cəmiyyətin problemlərinin efirdən kənar qalmasına səbəb olur. Bu baxımdan da telekanallardakı verlişlərin keyfiyyətinə ciddi fikir verilməlidir.
Reklamlarla bağlı problemlər isə zənnimcə bu istiqamətdəki qanunvericiliyə uyğun olaraq tənzimlənməli və müvafiq orqanlar tərəfindən ciddi nəzarətə götürülməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB