Təhsil müəssisələrində xüsusi qida təhlükəsizliyi sisteminin tətbiqinə başlayırıq- - SƏDR AÇIQLADI

Təhsil müəssisələrində xüsusi qida təhlükəsizliyi sisteminin tətbiqinə başlayırıq- - SƏDR AÇIQLADI

“Məktəblərdə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə Elm və Təhsil nazirliyinin rəhbərliyi ilə məsələni ətraflı müzakirə etmişik. Ümumtəhsil və məktəbə qədər təhsil müəssisələrində xüsusi qida təhlükəsizliyi sisteminin tətbiqinə başlayırıq”.

SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında AQTA sədri Qoşqar Təhməzli deyib.

Qoşqar Təhməzli bildirib ki, bu ildən etibarən artıq Qida Təhlükəsizliyi İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyində olan bütün təhsil müəssisələrində xüsusi təlim və proqramlar həyata keçirəcək. Eyni zamanda məsulların daşınması, çatdırılması və satışına da xüsusi nəzarəti həyata keçirəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə