Ərzaq məsulları ilə qeyri-ərzaq məsullarının birlikdə daşınması qəti qadağandır - Qoşqar Təhməzli

Ərzaq məsulları ilə qeyri-ərzaq məsullarının birlikdə daşınması qəti qadağandır - Qoşqar Təhməzli

“Qida məsullarının daşınması və çatdırılması qida zəncirinin əsas məsələlərindən biridir”.

SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında AQTA sədri Qoşqar Təhməzli deyib.

AQTA sədri bildirib ki, beynəlxaq standartlara uyğun olaraq qida təhlükəsizliyi sistemi “tarladan süfərəyə qədər” qida zəncirinin bütün mərhələlərini əhatə edir:“Bura məsulların istehsalı, daşınması, çatdırılması və satışı prosesləri daxildir. Bütün bu mərhələlər qida zəncirinin mərhələləridir. Bunlar içərisində qida məsullarının daşınması və çatdırılması isə xüsusi əhəmiyyət kəsb edir.

Pandemiya dövründə dünyanın bir çox yerində qida məsullarının daşınması və çatdırılması böyük əhəmiyyət kəsb edərək, geniş vüsət aldı. Azərbaycanda da bu sahədə çoxlu sayda çatdırılma və daşınma şirkətləri formalaşdı. AQTA-nın isə həmin şirkətlərdən ən vacib tələbi ondan ibarətdir ki, öz fəaliyyətlərini Azərbaycan Respublikası qida təhlükəsizliyi qanunun tələblərinə uyğun olaraq qursunlar. Bu da ondan irəli gəlir ki, qida məsullarının daşınması və çatdırılması standartlara uyğunlaşdırılmalıdır. Bu istiqamətdə məsullar daşınarkən həm isti, həm də soyuq zəncir prinsipi həyata keçirilməlidir. Ərzaq məsulları ilə qeyri-ərzaq məsullarının birlikdə daşınması qəti qadağandır. Eyni zamanda məsullar arasında qonşuluq prinsipinə də düzgün əməl edilməlidir. Eyni zamanda bu fəaliyyət strukturu ilə məşğul olanlar tibbi müayinələrdən keçməlidirlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə