Agentlik tərəfindən görülən işlər ölkənin ixrac potensialına mühüm töhvə verir - SƏDR DANIŞDI

Agentlik tərəfindən görülən işlər ölkənin ixrac potensialına mühüm töhvə verir - SƏDR DANIŞDI

“Ölkəmizdə aparılan iqtisadi islahatlar və qida təhlükəsizliyi üzrə işlər qida təhlükəsizliyinin artırılmasında mühüm rola sahibdir. Dünyanın müvafiq təşkilatları ilə əlaqələrin yaradılması və inkişafı istiqamətində aparılan işlər xarici investorların da cəlb edilməsinə kömək olur”.

SİA xəbər verir ki, bu sözləri “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövsuzunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı AQTA-nın sədri Qoşqar Təhməzli deyib.

AQTA sədri bildirib ki, qabaqcıl beynəlxalq təcrübəyə və tələblərə uyğun sistem qurmaq üçün böyük işlər görülür:“Agentlik tərəfindən qida təhlükəsizliyi istiqamətində görülən işlər ölkənin ixrac potensialına da mühüm töhvə verir. Belə ki, Aİ-ə yun, dəri məhsullarının ixrasına icazələr əldə olunub.

Müasir dünyada “Vahid Sağlamlıq” konsepsiyası yanaşması hazırda əsas məsələyə çevrilib. “Vahid Sağlamlıq” yanaşması qlobal səviyyədə tətbiq olunaraq, sağlamlığa qarşı müasir çağırışları və təhdidləri başa düşüb, problemi həll etməyə imkan verir”.

Bütün xəbərlər Facebook səhifəmizdə