Qida standartlarının təkmilləşdirilməsi mövzusunda beynəlxalq tədbir öz işinə başlayıb - YENİLƏNİR
Bakıda “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda beynəlxalq tədbir öz işinə başlayıb.
SİA xəbər verir ki, 15-ə yaxın ölkənin nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə Azərbaycan Respublikasının müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ümumdünya Ticarət Təşkilatı (ÜTT), UNICEF, Avropa Komissiyası, Dünya Bankı və digər nüfuzlu təşkilatların ümumilikdə 60-dan artıq nümayəndəsi iştirak edir.
Qeyd edək ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin birgə təşkilatçılığı ilə paytaxt Bakıda baş tutacaq nüfuzlu beynəlxalq tədbir əlamətdar tarixə təsadüf edir. Belə ki, 2023-cü ildə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 5, Kodeks Alimentarius 60 illik yubileyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB