Fobiyalarımızdan xilas olmaq üçün nə etməliyik? - PSİXOLOQ İZAH ETDİ
“Fobiya şəxsin gündəlik yaşam tərzinə mane olursa, bu halda fobiyadan qurtulmaq haqqında düşünmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.
Onun sözlərinə görə, yüksəklik qorxusu olan biri günlük həyatında onsuz da yüksəklikdə olmursa, o zaman bunu problem edib, qurtulmağa ehtiyac yoxdur: “Çünki müəyyən məqamlarda insanın nədənsə qorxması, narahatlıq keçirməsi normal haldır.
Çox nadir hallarda insanlar təkbaşına fobiyadan azad ola bilirlər. Psixoloqlara müraciət etdikdə isə ilk növbədə fobiyanın necə və hansı səbəbdən yarandığı araşdırılır. Bu səbəbi tapıb işlədikdə, bir müddət sonra qorxu artıq özünü çox kəskin şəkildə bildirmir. Buna görə də fobiyadan qurtulmaq üçün ilk edilməsi vacib olan onun yaranma səbəbini araşdırmaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB