Onlayn alış-verişin hansı üstünlükləri mövcuddur? - İQTİSADÇI DANIŞDI

Onlayn alış-verişin hansı üstünlükləri mövcuddur? - İQTİSADÇI DANIŞDI

“İnternet üzərindən sifarişlərin artmasına əsas səbəb texnologiyanın inkişafıdır. Eyni zamanda bu xüsusda texnologiyanın inkişafı ilə bərabər, insanlar arasında yayılması da mühüm rola sahibdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, onlayn alış-verişin bir çox üstünlükləri mövcuddur: “İlk növbədə istənilən zamanda və yerdə sifarişi həyata keçirmək mümkündür. Bu da insanların boş vaxtlarını daha səmərəli keçirməsinə şərait yaradır. Digər tərəfdən onlayn alış-veriş zamanı müqayisə imkanları daha geniş olur. Bu baxımdan da internet üzərindən alış-veriş insanlar arasında daha da populyaşır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə