Başqasının avtomobilinə qəsdən zərər verənlərin cəzası nədir? - HÜQUQŞÜNAS AÇIQLADI
"Burada ilk olaraq əmlakı qəsdən məhv etmə və zədələmədən söbət gedir. Əgər vurulan zərər 5 min manatdan azdırsa, bu inzibati xətadır. Yəni, İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə həmin şəxs məsuliyyətə cəlb olunur. Maddənin adı "Əmlakı qəsdən məhv etmə və ya zədələmə" adlanır. Bu halda məsuliyyət ziyanın özünü də ödəmək şərti ilə iki mislinədək cərimə ilə olur. Məsələn, kiminsə əmlakına 4 minlik zərər vurulubsa həmin şəxsin əmlakı zərərverən tərəfindən bərpa edilməlidir. Üstəlik dövlət onu 8 min cərimə də edə bilər".

Onun sözlərinə görə, 5 mindən çox vurulan zərər xeyli miqdarda ziyan sayılır və bu artıq cinayətdir: "Bu şəxslər Cinayət Məcələlləsinin 186-cı maddəsi ilə məsuliyyətə cəlb olunurlar. Maddənin adı da Əmlakı qəsdən məhv etmə və zədələmədir. Burada ziyanın özünü də ödəmək şərti ilə ziyanın hətta 2 mislindən 3 mislinə qədər cərimə oluna bilər, yaxud azadlığın 2 ilədək məhdudlaşdırılması və azadlıqdan məhrumetmə cəzası çəkə bilərlər. Bu da ziyanın 5 mindən 50 minədək olması zamanı baş verir.
50 mindən yuxarı vurulan ziyan isə külli miqdarda hesab olunur. 50 mindən 500 minə qədər vurulan ziyana görə 3 ildən 7 ilə qədər azadlıqdan məhrum edilmə cəzası ola bilər. Əgər 500 mindən yuxarı ziyandan söhbət gedirsə, 7 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Bütün bunlar isə avtomobilin qiymətindən asılıdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB