Metronun ventilyatorlarının iş rejimi payız qrafikinə uyğun qurulur

Metronun ventilyatorlarının iş rejimi payız qrafikinə uyğun qurulur

"Bakı Metropoliteni" QSC-də olan ventilyatorların iş rejiminin artıq payız qrafikinə uyğun qurulmasına başlanılıb. Çünki isti hava şəraiti ilə bağlı günlər geridə qalıb.

SİA xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

"Bununla belə payız fəslində Bakı şəhərinin iqlimi fərqli ola bilər. Buna görə də, gün ərzində olmaq şərtilə, hər gün ventilyatorların iş rejimi xüsusi nəzarətdə saxlanılacaq. Eyni zamanda, daxildə proqnozlarla bağlı məlumatlara xüsusi diqqət yetiriləcək. Havanın temperaturu yüksəklərsə "Bakı Metropoliteni" QSC-nin ventilyatorlarının stansiya və tunellərdə iş rejiminin dəyişdirilməsi mümkündür. Bu gündəlik monitorinqlər nəticəsində müəyyən olunacaq", - deyə Bəxtiyar Məmmədov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə