"Qələbə" dairəsi istiqamətində təmirlə bağlı sıxlıq yaranıb

"Qələbə" dairəsi istiqamətində təmirlə bağlı sıxlıq yaranıb

Bakıda Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində aparılan təmir işləri ilə əlaqədar yolda sıxlıq yaranıb.

Bu barədə SİA-ya Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Mərkəz sürücülərdən alternativ yol olaraq Həsən Əliyev küçəsindən istifadə etməyi tövsiyə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə