Boşanma zamanı uşağa alınanlar necə bölünür? - AYDINLIQ GƏTİRİLDİ
"Ər-arvad arasında nikah məhkəmə üsulu ilə pozulursa, ər-arvad uşağın kimdə qalması ilə bağlı razılığa gələrək məhkəməyə qərarlarını bildirə bilərlər. Əgər belə bir razılıq yoxdursa, o zaman məhkəmə uşaqların kimin yanında qalması ilə bağlı qərarı özü verir. Bu zaman uşağın mənafeyi əsas götürülür. Uşaqların qardaş-bacısına, və yaxud valideynlərdən birinə olan bağlılığı, valideynlərin şəxsi keyfiyyətləri, əxlaqi davranışları, həyat tərzi, uşağın inkişafı üçün şəraitin yaradılması və ən əsas uşağın yaşı əsas götürülür". Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.
Onun sözlərinə görə, uşaq hansı valideyninin yanında qalırsa, həmin uşağın əmlakı və əşyaları həmin valideyinə təhvil verilir: "Boşanmalar zamanı uşaqların hansı valideynin yanında qalması ilə bağlı mübahisələr məhkəmə təcrübəsində ən çox rast gəlinən məsələlərdəndir. Uşaq əksər hallarda anasının yanında qalır.
BMT Baş Assambleyasının 1386 (XIV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz.
Ailə Məcəlləsinin 34.2-ci maddəsində deyilir, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Buradan belə nəticə çıxarmaq mümkündür ki, ziynət əşyaları, şəxsə hədiyyə şəklində verilmişlər istisna olmaqla, kimin istifadəsində olmasından asılı olmayaraq ümumi birgə mülkiyyətdədir və boşanma zamanı bərabər hissədə bölünür".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB