Azərbaycan Diasporu Gəncləri platformasının üzvləri bir araya gəliblər

Azərbaycan Diasporu Gəncləri platformasının üzvləri bir araya gəliblər

Azərbaycan Diasporu Gəncləri (ADG) platformasının təşəbbüsü ilə növbəti görüş keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, görüşdə platformanın cari ildəki fəaliyyəti nəzərdən keçirilib, təşkilatın sıralarına daxil olmuş yeni üzvlər təqdim edilib. Müzakirələr zamanı diaspor gəncləri arasında mühüm körpü rolunu oynayan təşkilatın gündəliyindəki aktual məsələlər, gələcək fəaliyyət istiqamətləri, sıralarının genişləndirilməsi, həyata keçiriləcək layihələrin spesifik xüsusiyyətləri və başqa vacib mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Görüş yeni təkliflərə münasibət bildirilməsi və sualların cavablandırılması ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə