Uşaqlar arasında narkomaniyanın qarşısı necə alınmalıdır? - SƏDR DANIŞDI

Uşaqlar arasında narkomaniyanın qarşısı necə alınmalıdır? - SƏDR DANIŞDI

"Şübhəsiz ki, bütün dünyanı öz ağuşu altına alan narkomaniya bəlası gün keçdikcə artır və daha çox yeniyetmə və gəncləri hədəf götürüb. Dövlət siyasətimizin başlıca vəzifəsi sağlam gələcəyin formalaşması istiqamətində zərərli vərdişlər və narkomaniya ilə mübarizədir. Bu istiqamətdə proqramlar, komissiya fəaliyyət göstərir. Həmçinin vətəndaş cəmiyyəti inistitutları da mütəmadi olaraq maarifləndirmə işlərini davam etdirir". Bu sözləri SİA-ya açıqlamasında "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev deyib.

Onun sözlərinə görə, təbii ki, narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdir: "Problemin əsas təhlükəsi ondan ibarətdir ki, əksər cinayətin yaranma səbəbləri arasında birinci yerdə narkomanlığa aludəçilik durur. Narkomaniyanın qarşısını almaq və ortadan qaldırmaq üçün bu günün gənclərinin ruh halı, meyilləri və həyata dair qayğıları kompleks şəkildə ələ alınmalıdır. Bu olmadığı təqdirdə mübarizə də tam olaraq öz nəticəsini vermir, inzibati tədbirlər, şəxsin psixologiyası və xarakteri üzərində müzakirələr aparmaq isə narkotik vasitələrin istifadəsinin artımını azalda bilər, ancaq problemin özünü ortadan qaldıra bilməz. Əgər bu gün ölkəmizdə işsizlik mövcuddursa, xürafatlar artırsa, maddi bir varlıq olaraq gənc gələcəyi ilə bağlı narahatlıq duyursa, gələcək həyatı ilə bağlı suallar cavabsız qalırsa, “xilas yolu” olaraq seçimi narkotik vasitədə görür".

A.Vəliyev sözlərinə davam edərək bildirib ki, bu bəladan çıxış yolu olaraq gənclərimizin social fəaliyyətlərinin artırılması, məşğulluğunun təmin olunması, asudə vaxtlarının səmərəl təşkili və fiziki aktivliyə cəlb olunması yönündə təşəbbüsləri artıra bilərik: "Eyni zamanda narkomaniya ilə mübarizəyə və zərərləri barədə sosial çarxların çəkilib şəhər mərkəzlərində, ictimai yerlərdə reklam ekranlarından da yayımlanması da qismən də olsa problemin həllinə öz töhfəsini verə bilər".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə