“"Lombardlar haqqında” qanunun qəbulu çox vacibdir” - MÜNASİBƏT BİLDİRİLDİ

“"Lombardlar haqqında” qanunun qəbulu çox vacibdir” - MÜNASİBƏT BİLDİRİLDİ

“30 sentyabr 2019-cu il tarixdə “lombardlar haqqında” Qanun layihəsi qəbul edilib. Ancaq 2019-cu ildən bu yana müzakirə olunan, "Lombardlar haqqında” qanunun qəbulu çox vacibdir. Biz lombardların sayını belə bilmirik”. Bu sözlərİ SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, digər tərəfdən bu Qanun layihəsində lombardların fəaliyyətlərinin bir neçə istiqamətdə tənzimlənməsi, bir çox məsələlərin əhatə olunması, nəzarətin daha sərt olması nəzərdə tutulub: “Bu sahədə digər problemlərdən biri lombardlarda qoyulan girovların belə deyək, məhsulların çox aşağı qiymətləndirilməsi problemidir.

Bu sahənin ən böyük riski lombard işlədən şəxslərin vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq etmələridir. Lombardların özbaşınalıq etmələrinə, müştərilərinin hüquqlarını pozmalarına yol vermək olmaz. Bu risklərin yumşaldılması əsas amillərdən biri olub və hazırda da əsas çağırışlardan biridir.

Bəzən görürsünüz ki, 50 faiz, 70 faiz qiymətləndirilir. Problemlərdən biri də budur. Qeyd etdiyiniz kimi Mərkəzi Bank bu sahədə ciddi nəzarət tədbirləri də həyata keçirilməlidir. Bu, həm insanların hüquqlarının pozulması, insanlara qarşı dələduzluq olmaması üçün ciddi nəzarət mexanizmləri tətbiq edilməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə