Marketlərdə daha çox hansı qida məhsullarının vaxtı keçdiyi aşkarlanır? - QURUM RƏSMİSİ AÇIQLADI

Marketlərdə daha çox hansı qida məhsullarının vaxtı keçdiyi aşkarlanır? - QURUM RƏSMİSİ AÇIQLADI

“Nazirlər Kabinetinin 94 saylı qərarına görə ölkənin əmtəə bazarına satılan bütün mallar bükülməli və etiketi olmalıdır. Etiket üzərində isə mütləq şəkildə buraxılma və son istifadə müddəti qeyd edilməlidir. İstehlakçılardan gələn telefon zənglərini ümumiləşdirsək, adətən açıq şəkildə satılan konfetlərin yararlılıq vaxtını keçdiyini bildirirlər. Çünki bu cür konfetlərin yararlılıq müddəti qutusunda qeyd olunur, konfetlər isə həmin qutularda satışa çıxarılmır”.

Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Qurum rəsmisinin sözlərinə görə, marketlər vaxtı keçmiş məhsul satılmasında maraqlı deyil: “Çünki dövlət orqanları bundan xəbər tutduqda onları minimum 1500 manat cərimə gözləyir. Lakin bəzən diqqətsizlik nəticəsində, bəzən isə xüsusi məhsulları bu formada satmağa meyil göstərirlər.

Eyni zamanda vaxtı keçmiş yumurtaların satılması ilə bağlı da tez-tez telefon zəngləri gəlir. Vaxtı keçmiş çörəklər belə satışda saxlanılır. Halbuki saxlama müddəti 72 saatdan artıq deyil. Bu siyahıya açıq şəkildə satılan yağ, pendir və dordurmalar da aiddir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə