Qadağan olunmuş yerlərdə siqaret çəkən şəxslər necə cəzalandırılmalıdır? - HÜQUQŞÜNAS AÇIQLADI
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə otuz manat məbləğində cərimə tətbiq edilir. Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi yüz manat məbləğində cərimə oluna bilər. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə əlli manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq olunur". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Şamil Paşayev deyib.

Onun sözlərinə görə, müəssisələrdə, idarələrdə, təşkilatlarda tütün çəkmək üçün xüsusi ayrılmış yerlərin sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchizinin və görünən yerlərdə “tütün çəkmək qadağandı işarəsi olmalıdır: "Bu işarənin olmaması da inzibati məsuliyyət yaradır.
Vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər isə min manat məbləğində cərimə edilir. Hava nəqliyyatında tütün çəkməyə görə yüz manat məbləğində cərimə edilir. Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə tütün çəkməyə görə qırx manat məbləğində cərimə edilir. Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə tütün çəkməyə görə qırx manat məbləğində cərimə edilir.
Müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkilməsinə qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB