“Psixologiyamız vərdişlərimizin formalaşmasına təsir göstərir” - PSİXOLOQ DANIŞDI
“Vərdişlərimiz avtomatik bacarıqlardır. Davamlı olaraq təkrar etdiyimiz hərəkətlər bizim vərdişlərimizə çevrilir”.
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Psixoloq bildirib ki, vərdişlər mənfi və müsbət olaraq iki yerə ayrılır:
“Bəzi vərdişlər zaman-zaman psixologiyaya mənfi təsir göstərir, hətta müəyyən hallarda psixoloji vəziyyətimizin göstəricisinə çevrilir. Vərdişlərimizin bu və ya digər formada psixologiyamızla əlaqəsi var. Amma bəzən də psixologiyamız vərdişlərimizin formalaşmasına təsir göstərir.
Buna görə də zamanında mənfi davranışların vərdiş halını almasının qarşısını almalıyıq. Əks təqdirdə mənfi vərdişi tərgitmək şəxsin özü üçün çox çətin olur.
Buna görə də özümüzə qarşı diqqətli olmalı və mənfi davranışlarımızın tez bir zamanda fərqinə varmalıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB