"Onu işdən azad etməklə çox doğru addım atıblar" - SOSİOLOQ TƏNQİD ETDİ
Ötən gün sosial şəbəkələrdə sərnişin avtobusu sürücüsünün nəqliyyat vasitəsini idarə etdiyi zaman "TikTok" platformasında canlı yayım açmasına dair görüntülər yayılmışdı. Məsələ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən dərhal araşdırılmış və sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verən sürücü daşıyıcı tərəfindən işdən azad edilib. Bəs, sürücülərin belə addım atması necə dəyərləndirilir? Belə sürücülərə qarşı hansı tədbirlər görülməlidir? SİA mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlunun fikirlərini öyrənib.
Onun sözlərinə görə, təbii ki bu sürücünü işdən azad etməkdə müvafiq qurumlar çox doğru addım atıb: "Çünki sürücünün əsas vəzifəsi yolda diqqətli olmaq və təhlükəsizliyi maksimum dərəcədə təmin etməkdir.
"Tik-tok"la, mesajlara baxmaqla sürücülük edənlərin hamısını dərhal işdən azad etmək lazımdır. Onlara bu sahədə böyük bir təbliğat işi aparmaq lazımdır ki, başqa sürücülərə də xəbərdarlıq olunmalıdır. Sürücünün nəqliyyat vasitəsi idarə etdiyi vaxt başqa heç bir işlə məşğul olmağa ixtiyarı yoxdur. Çünki o təhlükəsizliyi poza bilər. Onu işdən azad etməklə çox doğru addım atıblar".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB